REACH Beyond Zero qlobaldır!

Dutch English Français Deutsch Russian Español

Mike Manndan xəbərlər, SVP - Global HSSEQ

Ötən il REACH Beyond Zero platformasının başladılması ilə indi biz hamımız təhlükəsizliyi birlikdə yaxşılaşdırmaq üçün səy göstəririk.  Mən bu fürsətdən istifadə edərək qlobal REACH Beyond Zero strukturu haqqında məlumat vermək və həmçinin qarşıdan gələn il üçün təhlükəsizlik hədəflərimizi vurğulamaq istərdim.

14,500 işçi, VAHİD komanda
Stork-da komandaların dəstəyi ilə REACH Beyond Zero artıq bütün təşkilatda başladılmışdır. ‘REACH Beyond Zero qlobaldır!’ video nümayişləri bu tədbirlərdən biridir. REACH Beyond Zero bayrağı altında biz, təhlükəsizliyi 1 nömrəli prioritetimiz etmək üçün çalışan, VAHİD komandayıq.


REACH Beyond Zero bizim üçün nə edəcək?
REACH Beyond Zero kommunikasiya platformasıdır və bu platforma vasitəsilə biz öz təhlükəsizlik mədəniyyətimizi ifadə edirik.  Bu platforma bizə aşağıdakıları həyata keçirmək imkanı yaradacaq:

- Öyrənilmiş dərsləri paylaşmaq – Öyrənilmiş dərsləriniz REACH Beyond Zero veb-saytına yüklənəcək. Bununla biz
bir-birimizin təcrübəsindən faydalanacaq və insidentlərin təkrarlanmasının qarşısını alacağıq.
- Uğurları qeyd etmək – Sizin nailiyyətləriniz və uğurlarınız da REACH Beyond Zero veb-saytının xəbərlər bölməsində öz əksini tapacaq.
- Nailiyyətləri təltif etmək – Bizim iki rəsmi REACH Beyond Zero mükafatı sxemimiz mövcuddur – İllik Təhlükəsizlik Mükafatları və xüsusi hallarda Qiymətləndirmə Mükafatlarımız.
- Fəaliyyəti qiymətləndirmək – Aylıq fəaliyyət icmalları təhlükəsizlik səviyyəsini nümayiş etdirir və hansı sahələrin yaxşılaşdırılmalı olduğunu göstərir.

Biz nəyə nail olmağa çalışırıq?
Bu il üçün bizim qlobal təhlükəsizlik hədəfimiz LTIF (itirilmiş vaxt insidenti tezliyi) üzrə <0.80 və TRIF (cəmi qeydə alınan incident tezliyi) üzrə <2.60 göstəricisinə nail olmaqdır.

Biz qlobal və regional fəaliyyətləri aylıq əsasda nümunə götürürük və bütün bunlar REACH Beyond Zero veb-saytında aylıq icmal şəklində sizinlə paylaşılır.

Biz buna necə nail olacağıq?
Biz həmişə birlikdə işləməklə təhlükəsizlik üzrə qabaqcıl təcrübələri nümayiş etdirir və təqdir edirik. Hər birimizin buna nail olması üçün bəzi sadə yollar var:

-          Daima daxili və əməliyyat qaydalarına əməl etmək.
-          Təhlükəli hərəkətləri sorğulamaq və düzəliş tədbirinin görülməsini təmin etmək.
-          Qeydə almaq və öyrənilmiş dərsləri paylaşmaq məqsədilə bütün insidentləri və potensial təhlükələri ciddiliyi və nəticəsindən asılı olmayaraq məruzə etmək -.

Əlavə məlumat, məsləhət və resurslarla bağlı REACH Beyond Zero veb-saytına daxil olun – www.reachsafety.com və ya reach@stork.com ünvanı ilə REACH Beyond Zero əlaqə komandasına müraciət edin.

Sizinlə birlikdə işləməyi səbirsizliklə gözləyirəm, çünki biz birlikdə 2013-cü ilin ən təhlükəsiz və uğurlu il olması üçün səylərimizi əsirgəməyəcəyik.

Share this article