REACH Beyond Zero Təhlükəsizlik üzrə illik mükafatı 2014 – mükəmməl təhlükəsizlik göstəricilərinə görə

Arnold Steenbakker, Stork icraçı direktoru

Böyük məmnuniyyətlə 2014-cü il 15 may tarixində REACH Beyond Zero İllik təhlükəsizlik mükafatlarının nominasiya prosesinə start verəcəyimizi diqqətinizə çatdırırıq Təhlükəsizlik bizim gördüklərimizin mərkəzindədir və İllik Təhlükəsizlik  Mükafatlarımızı "öz vəzifə öhdəliyindən" kənara çıxıb Stork-da təhlükəsizliyin təkmilləşdirilməsi üzrə addımlar atan şəxslər əldə edirlər. Mən hər gün təhlükəsizliyi iş şəraitində bir nömrəli prioritetə çevirən işçilər haqqında eşidirəm. Bu, məhz bizim Stork-da qeyd etmək və həvəsləndirmək istədiyimiz davranış və yanaşma üsuludur, buna görə mən sizdən vaxt ayıraraq kimin bu nominasiyaya layiq olduğu haqqında düşünməyinizi xahiş edirəm.

Bütün Stork işçiləri REACH Beyond Zero İllik Təhlükəsizlik Mükafatına layiqdirlər və bu il biz altı kateqoriya üzrə namizədlər axtarırıq; "Ən perspektivli şəxs", "İnsidentlərin qarşısının alınması", "Təhlükəsizlik üzrə ən yaxşı fəaliyyət", "Təhlükəsizlik üzrə İnnovasiya", "İlin ən yaxşı heyəti" və "Təhlükəsizlik üzrə liderlik". Siz 15 maydan etibarən qüvvədə olacaq çap edilmiş və onlayn nominasiya forması ilə namizədlərinizi təqdim edə bilərsiniz. Bu haqda daha ətraflı məlumatlar vaxtaşırı bildiriləcək.

Bu il biz Trinidad (Amerika), Aberdin (Birləşmiş Krallıq və Afrika), Hollandiya (Avropa qitəsi) və Pert (MECAP) ərazilərində Stork əməkdaşlarının və əsas müştərilərin qatılacaqları tədbirlər həyata keçirəcəyik. Əgər bu tədbirdə iştirak etməsinin zəruri olduğunu düşündüyünüz müştəri və əlaqəli şəxslər mövcuddursa, bu haqda öz  menecerinizə bildirin; dəvətnamələr 15 may tarixindən etibarən göndəriləcək.

Siz buraya basmaqla keçən ilin qlobal mükafatlar mərasimi haqqında daha ətraflı məlumatlar əldə edə və REACH Beyond Zero İllik Təhlükəsizlik Mükafatları ilə bağlı suallarınız varsa, SƏTƏMK üzrə regional/biznes öz Meneceriniz ilə və ya reach@stork.com elektron poçt ünvanı vasitəsilə əlaqə saxlaya bilərsiniz.

Gəlin, 2014-cü ilin İllik Təhlükəsizlik Mükafatlarını əldə edək  və təhlükəsizlik üzrə mükəmməl fəaliyyətimizi birlikdə qeyd edək.

Share this article