Stork REACH Beyond Zero İllik Təhlükəsizlik Mükafatları mərasimində nail olunmuş yüksək təhlü

Stork özünün birinci qlobal REACH Beyond Zero İllik Təhlükəsizlik Mükafatları mərasimində bir illik parlaq təhlükəsizlik fəaliyyətini qeyd etdi.

Mükafatlar 2012-ci il boyunca şirkətin REACH Beyond Zero təhlükəsizlik təşəbbüsləri dəyərlərinə uyğun müstəsna təhlükəsizlik təminatı fəaliyyəti göstərmiş Stork əməkdaşlarını və komandalarını fərqləndirir.

Niderland, Nordveyk "Grand Hotel Huis Ter Duin" mehmanxanasında keçirilən mərasimdə bütün dünyadan 80-ə yaxın sənaye lideri və qonaq iştirak edirdi. Qarşısının alınması mümkün olan istehsalat qəzası nəticəsində ayaqlarından artıq istifadə edə bilməməsi və bunun özü və ailəsinin üzərindəki təsiri haqqında danışan James Gorry əsas məruzəçi kimi gecəyə təsirlilik qatdı.

Müştərilərlə və podratçılarla əlaqə baxımından və rəhbərlik etdiyi komandaya münasibətdə təhlükəsizlik məsələlərində davamlı, qabaqlayıcı liderlik və iştirakçılıq yanaşmasına görə Təhlükəsizlik sahəsində liderlik mükafatı John O’Donnell (BK, Xidmətlərin koordinasiyası mərkəzi) tərəfindən qazanıldı.

Mühəndis Mansour Alrahmmany, (Səudiyyə Ərəbistanı)  Gələcək Vəd edən Şəxs Mükafatına təhlükəsizliyə mükəmməl münasibətinə və davamlı olaraq həmkarları  və daha geniş komandalar arasında təhlükəsizlik alətlərindən və məlumatlandırmalarından istifadəni təbliğ etdiyinə görə layiq görüldü.

Qəzanın qarşısının alınmasına görə mükafat sayıqlığı nəticəsində potensial qəzanın qarşısını alan baş usta George Hernandezə, (ABŞ) verildi.

Ən Yaxşı Təhlükəsizlik Təminatı Mükafatı ilə qaynaq sahəsində 365 günün hadisəsiz ötüşməsinə nail olan Cerrejon qaynaqlama müqaviləsi (Kolumbiya) fərqləndirildi.

Stork GLT+ Texniki xidmət komandası (Niderland), təhlükəsizliyi öz bir nömrəli prioritetinə çevirməklə, 2012-ci il üçün müəyyən edilmiş hədəfə nail olduğuna görə İlin Komandası mükafatına layiq görüldü.

Hündürdə iş platformasının layihələndirilməsi komandası (Birləşmiş Krallıq) Təhlükəsizlik İnnovasiyası Mükafatını hündürlükdə çalışan əməkdaşlara yaxınlarında heç bir polad konstruksiyanın olmadığı yerlərdə yıxılmaya qarşı müdafiə avadanlıqlarını iş platformasına təhlükəsiz şəkildə bərkitmək imkanı verən ankerli inersiya kilidinə görə qazanmışdır.

Doug Meiklenin - "Stork"-in baş direktorunun çıxşından: “REACH Beyond Zero bizim təhlükəsizlik təminatımıza çox müsbət təsir etmişdir və biz artıq güclü, vahid təhlükəsizlik mədəniyyətinin faydalarını görməyə başlamışıq. Bu həm ölkə daxilindəki, həm də xaricdəki əməkdaşlarımızın uğurudur və REACH Beyond Zero mükafatlarının məqsədi ən yüksək təhlükəsizlik standartlarına nail olan əməkdaşlarımızın vəzifələrinə bağlılığını və öhdəliklərinə sadiqliyini təqdir etməkdir. Sıfır xəsarətə aparan yoda görüləcək işlərimiz hələ çox olsa da, ötən ilki nailiyyətlərimizlə fəxr edə bilərik və mən əminəm ki, 2013-cü ildə də, ondan sonra da biz davamlı irəliləyişlər əldə edəcəyik.”

Stork, Qlobal HSSEQ (Sağlamlıq, Təhlükəsizlik, Ətraf Mühit və Keyfiyyət üzrə) - Birinci vitse-prezident Mike Mann: “Parlaq təhlükəsizlik səviyyəsi nümunələrinin qeyd edilməsi bizə qabaqcıl təcrübəni bölüşmək və söhbət təhlükəsizlikdən getdikdə, "vəzifə borcu"nun tələb etdiyindən artıq səy göstərənləri rəsmi qaydada təqdir etmək imkanı verir. Bütün namizədlər və mükafatın qalibləri Stork üçün fəxr mənbəyidir.”

Share this article